Almaniyada hava limanının əməkdaşları tətil edib
7 Yanvar 2019 13:26 DünyaAlmaniyanın Berlin şəhərinin Tegel və Şenefeld hava limanları təhlükəsizlik xidmətinin əməkdaşları yanvarın 7-də səhər saatlarında etiraz tətili keçiriblər.
Aksiya nəticəsində aviareyslərin hərəkət qrafiki pozulub.
Tətil yerli vaxtla saat 05:00-dan 08.45-dək (Bakı vaxtı ilə 08:00-11.45) davam edib.
Bir sıra aviaşirkətlər, o cümlədən Almaniyanın "Lufthansa", "Easyjet", "Ryanair" və Rusiyanın "Aeroflot"u səhər saatlarına planlaşdırılan bir neçə reysi təxirə salıb.
Aksiya iştirakçılari iş saatının 20 avroyadək artırılmasını tələb ediblər.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31