Qəzza üçün pis ssenari: ordu geri çəkildi

Fələstin rəhbərliyi Qəzzanın Rifah sərhəd qapısındakı qüvvələrini geri çəkdikdən sonra buraya nəzarəti HƏMAS təhvil alıb.

Bu barədə Rifah sərhəd qapısındakı mənbələr məlumat yayıblar.

Qəzzadakı fələstinli qruplar isə silahlı qüvvələrin sözügedən ərazidən çəkilməsinin qəbuledilməz hal olduğunu deyiblər.

Qeyd edək ki, Fələstin Daxili İşlər Nazirliyi bazar ertəsindən etibarən qüvvələrini geri çəkəcəyini açıqlamışdı.

HƏMAS-ın sözçüsü Fevzi Berhum isə hökumətin bu qərarının Qəzzanın vətəndən ayrılması anlamına gəldiyini demişdi.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31