Maykl Duqlas 2019-cu ildə "Qızıl qlobus"un birinci sahibi olub
7 Yanvar 2019 12:26 DünyaAmerika aktyoru Maykl Duqlas"teleserialda, komediyada ən yaxşı aktyor" kimi bu il "Qızıl qlobus"un birinci sahibi olub.
Los-Ancelesdə bazar günündə keçirilən mükafatlandırma mərasimini NBC telekanalı yayımlayıb.
Duqlas bu mükafatlara "Kominski metodu" serialında ("The Kominsky Method"-red) baş rolun ifasına görə layiq görülüb. Onun rəqibləri arasında Cim Kerri ("Zarafat edirəm" serialı, Kidding) Saşa Baron Koen ("Amerikada kim var?") olub.
Duqlas əvvəllər də dəfələrlə "Qızıl qlobus" mükafatına layiq görülüb.
Daha əvvəl Amerikalı aktyor Maykl Duqlas Hollivudun "Şöhrət xiyabanı"nda üstündə ad yazılmış ulduza layiq görülüb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31