Maduro ənənəyə uyğun olaraq parlamentdə and içməyəcək

Yanvarın 10-da Venesuelada yeni prezidentlik müddətinə başlamalı olan Nikolas Maduro müxalifətyönlü parlament qarşısında deyil, ölkənin Ali Məhkəməsində and içəcək.

Bunu şənbə günü Milli Təsisat Məclisinin rəhbəri Diosdado Kabelyo deyib.

"Onlar (parlament) konstitusiya və hakimiyyətin digər qollarına hörmətsizlik etdikdən sonra öz legitimliliklərini itiriblər", - deyə "Nacional" portalı onun sözlərini sitat gətirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31