İsrail İordan çayının Qərb sahilində 2 mindən çox ev tikəcək

İsrailin Müdafiə Nazirliyikomissiyası İordan çayının Qərb sahilində 2200-ə yaxın yaşayış evinin tikintisi barədə planı təsdiq edib.

Bu barədə çərşənbə günü yəhudi dövlətinin məskənsalma fəaliyyətinə qarşı çıxan "Dünya indi" qeyri-hökumət təşkilatının bəyanatına istinadən AFP məlumat yayıb.

Bildirilir ki, 1152 ədəd evin inşası yekun təsdiqini tapıb, daha 1032 ədəd ev isə razılaşdırılmanın birinci mərhələsindədir.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31