Silvester Stallone və Mel Gipsonu səsləndirən aktyor vəfat edib
Sovet və Rusiya aktyoru, dublyaj ustası Dmitri Matveyev dekabrın 25-də 65 yaşında vəfat edib. Bu barədə aktyorun dostu Oleq Xartulari öz "Facebook" səhifəsində yazıb.
27 Dekabr 2018 11:48 DünyaSovet və Rusiya aktyoru, dublyaj ustası Dmitri Matveyev dekabrın 25-də 65 yaşında vəfat edib.
Bu barədə aktyorun dostu Oleq Xartulari öz "Facebook" səhifəsində yazıb.
"Əlvida, Dmitri Nikolayeviç! Mənim əziz tərəfdaşım və böyük dostum. Yerin Cənnət olsun, görüşənədək!", - deyə Xartulari yazıb.
Dmitri Matveyev Vin Dizel, Silvestr Stallone və Mel Gibson kimi məşhur əcnəbi aktyorları səsləndirib. Xüsusilə "Ulduz müharibələri: 4-cü epizod - Yeni ümid" filmindəDart Veyder, "Sıravi Raynı xilas etməli" filmindən sıravi Kaparzonu, "Ölümcül silah - 4" filmindən Martin Riqqz kimi kino personajları onun səsi ilə "danışır". Matveyevin sonuncu işi "Qravitasiya" filmi olub. Aktyor burada Corc Klunini səsləndirib.
report