Meksikada Milad bayramı zamanı 5 nəfər güllələnib
27 Dekabr 2018 11:44 DünyaMeksikanın qərbində yerləşənGerrero ştatının Akapulka şəhərində naməlum cinayətkarların hücumu nəticəsində 8 aylıq körpə uşaq daxil olmaqla 5 nəfərhəyatını itirib.
Bu barədə çərşənbə günü "El Universal" qəzeti yazıb.
Polisin məlumatına görə, naməlum şəxslər taksi ilə Milad bayramının qeyd olunduğu evə gələrək orada olan insanlara atəş açıblar. Dörd kişi hadisə yerində ölüb, körpə aldığı yaralardan xəstəxanada keçinib. Canilər oradan uzaqlaşıblar. Hücumun arxasında hansı cinayətkar qruplaşmanın dayandığı açıqlanmır.
Daha əvvəl Meksikada silahlı qruplaşmalar arasında atışma olub.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31