Belarusda ilk informasiya texnologiyaları bölüyü yaradılıb

Belarusda ilk informasiya texnologiyaları bölüyü yaradılıb.

Bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Bölüyün yaradılmasında məqsəd informasiya texnologiyaları sahəsində çalışan mütəxəssislərin intellektual potensialından maksimum dərəcədə yararlanmaqla silahlı qüvvələrin hazırlıq səviyyəsinin səmərəliliyini daha yaxşılaşdırmaqdır", - deyə idarənin saytında bildirilir.

Qeyd olunur ki, bölükdə ümumilikdə 40 nəfər var. Onların vəzifəsi bilavasitə proqramlaşdırma ilə bağlı olacaq.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31