İndoneziyada sunamidən sonra sığorta ödənişləri 1 milyard dolları aşacaq

İndoneziyada Sumatra və Yava adalarının sahil ərazilərində baş verən sunamidən sonra sığorta halları üçün ödənişlər təxminən 15,9 trilyon rupi (1 milyard ABŞ dollarından çox) təşkil edəcək.

Ölkədənin nəhəng sığorta şirkətlərinin ilkin qiymətləndirmələrinə əsasən, söhbət Banten və Lampunq vilayətlərində fərdi və kommersiya daşınmaz əmlakının dağılması, eləcə də nəqliyyatın məhv olması ilə əlaqədar ümumilikdə 190 sığorta hadisəsindən gedir. 

Ekspertlərin fikrincə, fiziki şəxslərə sığorta ödəmələri cüzi olacaq, çünki ölkədə bu xidmətlər, demək olar, inkişaf etməyib.

Son məlumatlara görə, Yava və Sumatra adalarını ayıran Zond boğazında baş vermiş sunami 430 nəfərin ölümünə, 159 nəfərin itkin düşməsinə, təxminən, 1,5 min nəfərin xəsarət almasına səbəb olub, 22 mindən çox yerli sakin evlərini tərk etmək məcburiyyətində qalıb. Yüzlərlə ev, mehmanxana və digər obyektlər tamamilə dağılıb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31