Məşhur müğənninin arvadını kilsədən qovdular

Müğənni Mazhar Alansonun həyat yoldaşı Biricik Suden kilsədən qovulub.

Biricik İstanbulun Beyoğlu səmtindəki "Saint Antuan" kilsəsindəki Milad ayinində iştirak edib. Amma qaydalara rayət etməyən qadını kilsədən qovublar.

Məlum olub ki, Biricik dostları ilə ayində iştirak etdiyi zaman kilsədə danışmamaq qaydasını pozub. Bu zaman isə kilsə işçiləri tərəfindən çölə atılıb.
Sudən baş verənləri sosial şəbəkədə "Kilsədən qovulanlar" başlığı ilə paylaşıb.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31