Britaniya alimləri: “Böyük Partlayışdan əvvəl zaman və məkan olub”

Britaniya alimləri Böyük Partlayışla bağlı tədqiqatın nəticələrini "Physics Letters" jurnalında dərc ediblər.

Kosmoloqların hesablamalarına əsasən, zaman və məkan Böyük Partlayışdan da əvvəl olub.

"Biz yeni anlayışlar gətirmirik. Biz nisbilik nəzəriyyəsini dəyişmirik. Bizim hesablamalarımız göstərir ki, Böyük Partlayış zamanın başlanğıcı olmayıb. Sadəcə məkanın orientasiyası dəyişib. Başqa sözlə, fizika yox, dünya xəritəsi "sınıb"", - deyə Oksford universitetinin alimi Devid Sloan bildirib.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31