Türkmənistanda ilk milli sosial şəbəkə yaradılıb
26 Dekabr 2018 18:33 DünyaTürkmənistanda ilk milli sosial şəbəkə yaradılıb. Yeni sosial şəbəkə "Biz burada" -"Bi-Bi" (bizbarde.com.tm) adlanır.
Layihə rəhbərləri özlərinin milli sosial şəbəkəsinin yaradılmasına ehtiyac olduğunu bildiriblər.
Layihənin rəhbəri Əziz Beknazarov şəbəkənin yaradılması prosesində çətinliklərlə rastlaşdıqlarını, funksionallığa malik rahat sosial şəbəkə yaratdıqlarını deyib.
"Bi-Bi" şəbəkəsinin missiyası Türkmənistanda effektiv kommunikasiya və ünsiyyət yaratmaqdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31