“Arıqlayın” deyən prezidentə sərt reaksiya

Misirdə hər üç nəfərdən biri artıq çəkilidir.

Misir prezidenti əl-Sisinin əhalinin arıqlaması ilə bağlı fikirləri davamlı olaraq müxtəlif reaksiyalara səbəb olur.

Misir prezidenti Abdel Fəttah əl-Sisi kilolu insanların sayından şikayət edir və bildirir ki, universitetlər də daxil olmaqla Misir məktəblərində bədən tərbiyəsi dərslərinə yer verilməlidir. O, həmçinin vurğulayıb ki, TV proqramlarında aparıcı və qonaqların da kök olmaması lazımdır.

Prezident hər fürsətdə misirlilərin yemək vərdişlərini dəyişməli olduqlarını deyir və hər yerdə gördüyü kök insanları danlayır. Sisi televiziya proqramında misirlilərin çox yerimədiyini deyib güldükdən sonra, yanında oturan baş nazirə də arıqlamasını bildirib.

O, Qahirədəki hərbi akademiyada tələbələrə bədən ölçüləri normada olmadığı halda məzun ola bilməyəcəklərini deyib.

Bununla Sisi kök insanları aşağılamaq və yoxsulluqdan qaynaqlanan bir problemə görə belə davranışına görə tənqid olunur.

Vaşinqton Universitetinnin Səhiyyə Ölçmə və Qiymətləndirmə İnstitutunun 2017-ci il tədqiqatına əsasən, Misirdə hər üç nəfərdən biri artıq çəkilidir. Bu, dünyada ən yüksək göstəricidir. Araşdırmada 100 milyon əhalisi olan ölkədə təxminən 19 milyon insanın artıq çəkili olduğu ortaya çıxıb. Ən yüksək göstəriciyə görə, Misirdə uşaqların 10,2% -i kökdür. Bu göstərir ki, ölkədə 3,6 milyon uşaq piylənmədən əziyyət çəkir.

Sisinin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində Misirdə tərəvəz və meyvələrin qiyməti xeyli dərəcədə artıb.

Qeyd edək ki, Misirdə hakimiyyət orqanlarının mediası isə Sisinin bu münasibətinə böyük dəstək verir.

AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31