Ərdoğanı təhqir edən türk jurnalist 1 il 2 ay həbs cəzası aldı
26 Dekabr 2018 15:57 Dünya"Səlahəddin Demirtaşa qatil deyilməsi səbəbiylə o tiviti atdım".
FETO Terror Təşkilatının mediadakı əlaltıları ilə bağlı aparılan istintaq çərçivəsində ömürlük həbs cəzası iddiası ilə məhkum edilən türk jurnalisti və siyasətçi Nazlı Ilıcak Tvitter hesabındakı paylaşımına görə "Prezidentə təhqir" maddəsi ilə 1 il 2 ay həbs cəzası alıb.
Nazlı Ilıcak bu paylaşımı 23 fevral 2016-cı il tarixində edib.
Anadolu 53-cü Cəza Məhkəməsində baş tutan məhkəməyə başqa cinayətdən şübhəli qismində saxlanılan Nazlı Ilıcak Səsli və Görüntülü İnformasiya Sistemi (SEGBİS) ilə qoşulub. Vəkili Kamal Ərtuğ Dərin də məhkəmədə olub.
N.İlicak bildirib ki, o, həbsxanaya girdikdən sonra hesabı ələ keçirilib. Həmçinin ondan əvvəl də adına saxta hesabların olduğunu vurğulayıb:
"Mənim haqqımda prrezidenti təhqiretmə cəzası ilə məhkəmə işi başladılıb. Bundan başqa vəkilim prezidenti təhqir edənlərə qarşı 2 məqaləmi də məhkəməyə təqdim edib. Mənim tvitim başqasına cavab olaraq yazılıb. Sülhə inandığım üçün sülh prosesində Səlahəddin Demirtaşa qatil deyilməsi səbəbiylə o tiviti atdım. Tvitterdə 145 işarəylə yaza bildiyimiz üçün bütün fikirlərimi çatdırmaq mümkün olmadı. Sülh prosesinin təşəbbüskarı Rəcəb Tayyib Ərdoğan olduğunu da demək istərdim.
Onun vəkili isə bəraət tələb edib. Hakim şübhəli Nazlı Ilıcaka 1 il 2 ay həbs cəzası verib.
Qeyd edək ki, Nazlı Ilıcak haqqında 23 fevral 2016-cı il tarixində twitter hesabından etdiyi paylaşımda prezident Rəcəb Tayyib Ərdoğanı açıq-aşkar təhqir etmə səbəbi ilə 1 il 2 aydan 4 il 8 aya qədər həbs cəzası ilə iddia qaldırılmışdı.
AzNews.az