Güclü şaxta Ukraynada həyatı iflic etdi
26 Dekabr 2018 15:52 DünyaUkraynanın Poltava vilayətinin magistral yollarında qeyri-sabit hava şəraiti və güclü qarın yağması nəticəsində 20 kilometrlik tıxac yaranıb.
Bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Yolların qardan təmizlənməsi üçün ağır texnikalar cəlb olunub.
Bundan başqa, ölkədə 500-ə yaxın yaşayış məntəqəsi qeyri-sabit hava şəraitinə görə işıqsız qalıb.(AZƏRTAC)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31