Moskva öz gözəlini seçdi

1994-cü ildən bu yana keçirilən "Miss Moscow" müsabiqəsi bu il də "Crocus City Hall" konsert salonunda baş tutub.

Böyük bir maraqla izlənilən müsabiqədə 24 yaşındakı Alesia Semerenko qalib gəlib. Gözəlliyi ilə həm münsifləri, həm də insanları valeh edən Semerenkoya tacı Elizaveta Lopatina təqdim edib. 

Qeyd edək ki, Alesia Semerenko Instaqramda da məşhur bloggerlərdən biridir.

Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31