Tramp 7 yaşlı uşağa dediyi bu sözünə görə “linç edildi” - Video
26 Dekabr 2018 15:27 DünyaÖtən həftə ABŞ-ın Nyu-Cersi ştatında ibtidai sinif uşaqlarına Şaxta babanın gerçək olmadığını deyən müəllim vəzifəsindən kənarlaşdırıldıqdan sonra eyni xətaya prezident Donald Tramp da yol verib.
Prezidentlə xanımı Melaniya Tramp Ağ Evdə Yeni il ərəfəsində uşaqların telefon zənglərini qəbul ediblər. 7 yaşlı uşaqlardan biri Trampdan "Şaxta baba varmı" deyə soruşub. O isə cavabında "7 yaşın var, hələ də Şaxta babaya inanırsan?" deyib.
Dialoqun görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra Donald Trampa qarşı sərt reaksiyalar yayılmağa başlayıb.
qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31