Disneylənddən qayıdan təyyarə okeanda yoxa çıxdı - Ata-oğul tapılmadı

Disneylənddən Nyu-Cersi ştatının Prinston aeroportuna uçan təyyarə okeana düşüb və yoxa çıxıb.

"The Piper PA-46"nın göyərtəsində 2 sərnişin olub: 51 yaşlı Piter Renzulli və 19 yaşlı oğlu Deniel. Ata ilə oğulun təyyarəsi havaya qalxdıqdan yarım saat sonra radardan itib.

Xilasedicilər vertolyotlar və katerlərlə axtarışlar aparsalar da, nə təyyarə, nə də sərnişinlər tapılıb. 56 saat sonra isə xilasetmə əməliyyatları dayandırılıb

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31