"Toyota" 140 mindən çox avtomobili geri çağırdı
26 Dekabr 2018 14:45 Dünya"Toyota" şirkəti ABŞ-da 143 minə yaxın avtomobili geri çağırıb.
Qərar avtomobillərdə əyləc sistemində və təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.
Geri çağırılma 2018-2019-cu illərdə istehsal olunmuş "Land Cruiser" və "Lexus LX570" avtomobillərinə, eləcə də 2018-2019-cu illərin "Tacoma" pikaplarına şamil edilib.
Həmin qüsurlarla əlaqədar yol qəzalarının baş vermədiyi qeyd olunur.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31