İran rəsmisi külli miqdarda pulla ölkədən qaçdı
Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.
26 Dekabr 2018 14:09 DünyaAzərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.
Olaylar.az bildirir ki, tədbiri açıq elan edən ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli Həmrəylik Gününün tarixindən danışıb. ADU-nun Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva azərbaycanlıların dünyaya yayılması və diasporlaşması tarixindən söz açıb. Azərbaycan Kültür Dərnəyi, Amerikanın Azərbaycan Cəmiyyəti, Turan konqresi və azərbaycanlıların yaratdığı digər təşkilatlardan danışan S.Əliyeva qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində qeyd olunur və həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib.
ADU-nun Qafqazşünaslıq kafedrasının müəllimi Aygün Həsənova dünya azərbaycanlılarının konqres və qurultaylarından danışıb. O, Dünya Azərbaycanlılarının I Qurultayının ulu öndər, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirildiyini xatırladıb. Qeyd edib ki, konqres və qurultaylar dünya azərbaycanlılarının birləşmələri, daha da fəal olmaları üçün çox önəmli rol oynayır.