Almaniya XİN başçısı: "Nüvə silahlarının Avropada yerləşdirilməsinə qarşı çıxacağıq"
26 Dekabr 2018 13:33 Dünya"Almaniya əhalisinin çoxu nüvə başlıqlarının Avropada yerləşdirilməsinə qarşıdır".
Bunu Almaniyanın xarici işlər naziri Hayko Maas dekabrın 26-da DPA-ya müsahibəsində bildirib.
O xəbərdarlıq edərək vurğulayıb ki, Almaniya 30 il əvvəl ABŞ-la keçmiş SSRİ arasında bağlanan yaxın və uzaq mənzilli raketlərin ləğv edilməsi müqaviləsinin pozulmasına qarşı çıxacaq: "Avropa sürətlə silahlanma müzakirələrinin meydanına çevrilməməlidir. Orta mənzilli raketlərin Avropada yerləşdirilməsi Almaniyada böyük etiraz doğuracaq. Nüvə silahlanmasının kökləri soyuq müharibə illərinə gedib çıxır. 80-ci illərin siyasəti günümüzün suallarını cavablandırmağa kömək edə bilmir".
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31