ABŞ-Meksika sərhədində faciə: 8 yaşlı uşaq...
Mərkəzi Amerika ölkəsi Qvatemaladan Meksika vasitəsilə ABŞ-a qeyri-qanunu yolla keçən 8 yaşlı uşaq ölüb. Bu barədə ABŞ Gömrük və Sərhəd Mühafizə xidmətindən verilən məlumata bildirilib.
26 Dekabr 2018 12:09 DünyaMərkəzi Amerika ölkəsi Qvatemaladan Meksika vasitəsilə ABŞ-a qeyri-qanunu yolla keçən 8 yaşlı uşaq ölüb.
Bu barədə ABŞ Gömrük və Sərhəd Mühafizə xidmətindən verilən məlumata bildirilib.
Nyu Mexiko əyalətində Alamoqordo bölgəsində ötən gün xəstələnərək xəstəxanaya yerləşdirilən uşağın qızdırmadan dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, ötən həftə də qvatemalalı 7 yaşlı uşaq polis nəzarətində olarkən dünyasını dəyişib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31