İsraildən Ərdoğanla bağlı həyəcan: Güclənir!
26 Dekabr 2018 11:55 Dünyaİsrail Ədliyyə naziri Ayaled Şaked dünyaya çağırış edərək, YPG/PKK-nı Türkiyədən qorumağı istəyib.
Türkiyəyə qarşı çıxışları ilə tanınan Şaked Prezident Rəcəb Tayyib Ərdoğanın Fəratın şərqinə dair açıqlamasını şərh edib. O bildirib ki, beynəlxalq qurumlar Türkiyənin qarşısını almalıdır.
"ABŞ-ın Suriyadan geri çəkilməsi Ərdoğanı gücləndirəcək, bu isə İsrailin ziyanına olacaq", - Şaked qeyd edib.
Qeyd edək ki, Türkiyə Fəratın şərqində əməliyyat aparmaq üçün hərbi hazırlıqlarını tamamlayıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31