Siqaret satışı Rusiyada da qadağan edilir
26 Dekabr 2018 11:50 Dünyaİsveçdən sonra Rusiya da tütün məmulatlarının satışını qadağan etməyə hazırlaşır.
Rusiyanın Səhiyyə Nazirliyi 2019-2030-cu illərdə tütün istehlakına qarşı dövlət siyasəti konsepsiyası layihəsini hazırlayıb.
2016-cı ildə Rusiya əhalisinin demək olar ki, 40 milyonu bu zərərli vərdişə sahib olub. 2025-ci ilə qədər bu rəqəmin 25 faiz azalması, 2040-2050-ci illərdə isə 5 milyona endirilməsi nəzərdə tutulub. Burada həmçinin tütün məhsullarının mərhələli şəkildə dövriyyədən çıxarılması ehtimalı da nəzərdən keçirilir.
Qeyd edək ki, bir qədər əvvəl İsveç parlamentində 2025-ci ildən etibarən ölkə daxilində tütün məhsullarının satışına qadağa qoyulmasına qərar verilmişdi.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31