Suriyalı İrəvanda nazirlik işçilərini cəzalandırmaq istədi
26 Dekabr 2018 11:46 DünyaErmənistan Səhiyyə Nazirliyində dava düşüb.
Polisə bir nəfərin nazirliyin binasına soxulması və dava salması ilə bağlı məlumat daxil olub.
Nazirlik əməkdaşlarından biri hadisə yerinə gələn polislərə deyib ki, İrəvanda yaşayan Egiya K. adlı Suriya vətəndaşı onu və bir neçə əməkdaşı cəzalandıracağı ilə hədələyib.
Hadisənin başvermə səbəbi və şübhəli şəxsin taleyi haqda heç bir məlumat yoxdur.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31