Dəməşqə raket hücumunun qarşısı alınıb - VİDEO
26 Dekabr 2018 12:27 DünyaSuriyanın raket hücumundan müdafiə sistemləri çərşənbə axşamı Dəməşq vilayəti üzərində bir neçə raket hücumunun qarşısını alıb.
Bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, Dəməşq üzərində bir neçə partlayış baş verib, lakin onların mənbəyi hələ müəyyən edilməyib. Raketlərin vurulması anı televiziya vasitəsi ilə canlı yayımlanıb.
Daha əvvəl koalisiya qüvvələri dekabrın 16-dan 22-dək Fərat çayının orta hissəsindəki vadidə terrorçuların obyektlərinə aviazərbələr endirilib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31