Pekin universitetinin laboratoriyasında partlayış olub

Pekin Nəqliyyat Universitetinin kampusu ərazisindəki tələbə laboratoriyasının binasında partlayış baş verib.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

Bildirilir ki, hadisə Bakı vaxtı ilə 05:30-da elmi tədqiqat zamanıolub. Əraziyə xilasetmə xidmətinin əməkdaşları cəlb edilib, partlayışın səbəbləri araşdırılır.

Daha əvvəl Yunanıstanda telekanal binası yaxınlığında güclü partlayış olub.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31