Şimali və Cənubi Koreya dəmir yollarının birləşdirilməsi ilə əlaqədar mərasim keçirib
26 Dekabr 2018 11:28 DünyaŞimali Koreyanın "Phanmun" dəmir yolu stansiyasında Cənubi Koreya və KXDR-in avtomobil və dəmir yollarının modernləşdirilməsi və birləşməsi üzrə birgə layihənin simvolik açılış mərasimi keçirilib.
Mərasimə qatılmaq üçün KXDR-ə içərisində 100 cənubi koreyalı olan qatar gəlib. Onlar arasında nəqliyyat naziri Kim Hyon Mi, birləşmə naziri Ço Myon Qyun və digər rəsmi şəxslər olub.
KXDR nümayəndə heyətini dəmir yolları nazirinin müavini Kim Yun Hyok və Koreya Sülh Birləşməsi Komitəsinin sədri Ri Son Qvon təmsil edib. Tədbirdə BMT, Rusiya, Çin və Monqolustanın nümayəndələri də iştirak ediblər.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31