ABŞ-da təyyarə yaşayış evinin üzərinə düşüb
26 Dekabr 2018 11:18 DünyaABŞ-ın Cənubi Dakota ştatının Su-Fols şəhərində kiçik təyyarə yaşayış evinin üzərinə düşüb. Nəticədəbir neçə ev yanıb, həmçinin azı bir nəfər ölüb.
İlkin məlumata görə, ölən şəxs təyyarənin pilotu olub.
Bildirilir ki, ölənlərin sayı arta bilər. Qəza nəticəsində iki evə ziyan dəyib, 4 evin sakinləri isə təxliyə edilib.
Hadisə yerində xilasetmə xidmətinin əməkdaşları işləyir. Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl Birləşmiş Ştatlarda yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31