Ankarada qar elə yağdı, dərslər dayandı...

Ankara və Türkiyənin bir sıra vilayətlərində yağan güclü qar səbəbindən məktəblərdə dərslər dayandırılıb. Paytaxtla yanaşı, Sivas, Konya, Eskişəhər və Amasya vilayətlərində məktəblərdə məcburi tətil elan edilib.

Qarlı hava səbəbindən yolların buz bağlaması qəzalara yol açıb. Bu gün səhər saatlarında Ankarada sərnişin avtobusu aşıb və ilkin məlumatlara görə, 20 nəfər yaralanıb, 3 nəfər ölüb.

Artıq ötən gündən başlayaraq İstanbula da qar yağmağa başlayıb.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31