Ukraynada 130 yaşayış məntəqəsi işıqsız qalıb
Ukraynada qeyri-sabit hava şəraiti səbəbindən ölkənin səkkiz vilayətinin 130 yaşayış məntəqəsi işıqsız qalıb.
25 Dekabr 2018 18:02 DünyaUkraynada qeyri-sabit hava şəraiti səbəbindən ölkənin səkkiz vilayətinin 130 yaşayış məntəqəsi işıqsız qalıb.
Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, dekabrın 24-dən 25-nə keçən gecə güclü küləklə müşayiət olunan qarlı, yağıntılı və şaxtalı hava şəraiti bəzi yerlərdə fövqəladə vəziyyət yaradıb. Dnepropetrovsk vilayətində 46, Kirovoqrad vilayətində 43, Nikolayev vilayətində 16, Kiyev vilayətində 6 və digər yaşayış məntəqəsinə elektrik enerjisi verilişi dayandırılıb. Hazırda elektrik enerjisinin bərpası üçün xüsusi briqadalar işləyir.
Qeyd edək ki, son iki gündə Ukrayna ərazisində güclü qar yağıb.