Putin Belqrada gedir

Rusiya Prezidenti Vladimir Putin yanvar ayında Serbiyaya səfər edəcək.

Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, hazırda prezidentin səfərinə hazırlıq görüldüyünü deyib.

Qeyd edək ki, bundan öncə Serbiya Prezidenti Aleksandr Vuçiç Putinin Ankaraya yanvarın 17-də səfər edəcəyini bildirmişdi.

Son günlər Balkan yarımadasında vəziyyət gərginləşib. ABŞ-ın dəstəyi ilə Kosovanın öz ordusunu yaratması, Moskva və Belqradın kəskin etirazına səbəb olub. Moskva Kosova ordusunun yaradılmasının Balkanlarda vəziyyəti gərginləşdirəcəyini söyləyib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31