Əfqanıstan HHQ "Hakkani şəbəkəsi" qruplaşmasının liderlərindən birini məhv edib

Əfqanıstan Hərbi Hava Qüvvələri (HHQ) "Hakkani şəbəkəsi" qruplaşmasının liderlərindən birini məhv edib.

"Hakkani şəbəkəsi" terror qruplaşmasının hərbi əməliyyatlarına və logistikasına cavabdeh olan Seyfullah HHQ-nin aviazərbələri zamanı digər altı yaraqlı ilə birlikdə öldürülüb", - Əfqanıstan Daxili İşlər Nazirliyi "Facebook" səhifəsində yazıb.

Qeyd olunur ki, yaraqlılar dünən Əfqanıstanın cənub-şərqindəki Paktika vilayətində məhv ediliblər.

"Hakkani şəbəkəsi" digər terror təşkilatları - "Taliban" və "Əl-Qaidə" ilə sıx əlaqədədir.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31