Ərdoğan Putinlə görüşəcəyini dedi, Kreml təkzib etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Rusiyaya səfər edəcəyini bildirib.

O, Moskvada Suriya məsələsini müzakirə etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə görüşə biləcəyini vurğulayıb. O, görüşün təkbətək olacağını düşündüyünü söyləyib.

Rusiya tərəfi isə Ərdoğanın söylədiklərini təsdiq etməyib. Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Putinin qrafikində Ərdoğanla görüşün hazırda qeyd olunmadığını bəyan edib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31