Erməni hərbçilər Qarabağda minaya düşdü
25 Dekabr 2018 15:31 DünyaAzərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən Ermənistan ordusunun dörd hərbi qulluqçusu minaya düşərək müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Bu barədə Ermənistan mətbuatında və sosial şəbəkələrdə məlumatlar yayılıb.
Yaralanan hərbi qulluqçuların yaxınlarının verdikləri məlumatlardan məlum olur ki, düşmən ordusunun hərbi qulluqçuları mayor Avetik Balayan, Hraçik Koçaryan, baş çavuş Gevorq Hovanesyan və adı açıqlanmayan daha bir əsgər minaya düşdükləri üçün hərbi hospitala yerləşdirilib.
Qohumları yaralıların vəziyyətlərinin ağır olduğunu deyiblər. A.Balayanın və H.Koçaryanın ayaqlarının dizdən aşağı amputasiya edildiyi bildirilib.
Baş verən hadisələrlə bağlı araşdırma aparılır.(AZƏRTAC)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31