Müsəlman ölkəsi İsanın doğum gününü bayram elan etdi

İraq İsa Məsihin doğum gününü (Kristmas) dövlət bayramı elan edib.

Bu barədə qərarı İraq Nazirlər Kabineti qəbul edib. Qərara əsasən, bayram bütün İraq ərazisində keçiriləcək.

Qeyd edək ki, İraq ərazisində 2003-cü ilə qədər 1,4 milyon xristian yaşayıb. Hazırda onların sayı cəmi 300 min nəfər təşkil edir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31