Sıla və Kuralın məhkəmə tarixi məlum oldu

Xəbər verdiyimiz kimi, müğənni Sıla Gençoğlun keçmiş sevgilisi, aktyor Əhməd Kuralın onu evində fiziki zorakılığa məruz qoyması, təhdid və təhqir etməsi iddiası üzrə məhkəmə şikayətinin istintaqı tamamlanıb.

İstanbul Ailənin Qorunması və Qadına Qarşı Şiddətin Qarşısının Alınması Bürosunun hazırladığı iddianamədə Kural haqqında 1,1 ildən 5 ilə qədər həbs tələb edilib.

İstanbul 60-cı İnstansiya Cəza Məhkəməsi həmin iddianaməni qəbul edib.

Məhkəmə ilk prosesin 7 mart 2019-cu ildə keçirilməsini qərarlaşdırıb.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31