Çinin cənub-şərq Fujian əyalətindəki Lonqyan şəhərində naməlum şəxs əlində bıçaqla bir avtobusu qaçıraraq insan kütləsinin üzərinə sürüb.
Yerli polisdən verilən məlumata görə, hadisə nəticəsində aralarında 1 polisin olduğu 5 nəfər ölüb, 21-i isə xəsarət alıb.
Hadisəni törədən şəxs saxlanılıb.
"Report"