İnstaqrama alternativ yaradılır – İranda
25 Dekabr 2018 14:08 Dünya"İran İnstaqramı ölkədə hazırlanmış yeni sosial şəbəkə ilə əvəz etməyi planlaşdırır".
Bu barədə İranın Kibernatika və Komos Şurasının sədri Əbdülhəsən Firuzabadi açıqlama verib.
Firuzabadi İranın İnstaqrama daha yaxşı bir alternativ hazırlamalı olduğunu bildirib və belə bir platformanın artıq hazırlandığını açıqlayıb.
O, yeni sosial şəbəkə haqda əlavə məlumat verməyib.
Əbdülhəsən Firuzabadə bundan əvvəlki açıqlamasında bildirmişdi ki, 1 milyondan çox istifadəçisi olan sosial şəbəkələrin İranda nümayəndəsi olmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31