“Rusiyadan aldığımız sistemlərə…” – Türkiyədən ABŞ-ı qəzəbləndirəcək açıqlama

"Türkiyə "Patriot" raketlərini "S-400" hava hücumundan müdafiə sistemlərinə alternativ kimi qəbul etmir".

Bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

Kalının sözlərinə görə, ABŞ-ın Türkiyəyə "Patiot" satışı Rusiya ilə "S-400" sistemlərinin alınması ilə əlaqədar imzalanmış müqaviləyə mənfi təsir etməyəcək:

"Birini digərinə alternativ olaraq qəbul etmirik".

Qeyd edək ki, ABŞ "Patriot" hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə satışına icazə verib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31