Bir gündə Rusiyanın Ermənistandakı səfirliyinin qarşısında iki aksiya keçirilib
25 Dekabr 2018 13:53 DünyaBu gün Rusiyanın Ermənistandakı səfirliyinin binası qarşısında iki aksiya keçirilib.
Bir qrup insan Rusiya hərbçilərinin davranışının Ermənistanın təhlükəsizliyini təhdid etməsini mühakimə edib. Bu aksiya saat 12:00-da başlayıb. Onlardan bir saat sonra saat 13:00-da isə kommunistlər "Ermənistanda antirusiya təxribatına yox!" və "Rusiya ilə əbədi!" şüarları altında aksiya keçiriblər.
Aksiya iştirakçıları bildiriblər ki, Rusiyanın 102 saylı hərbi bazası təkcə "Ermənistan vətəndaşlarına deyil, erməni dövləti üçün təhlükə mənbəyidir".
Bu piket Ermənistan Avropa Partiyasının təşəbbüsü ilə keçirilib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31