Türkiyə XİN başçısı Rusiyaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfər etmək niyyətindədir.

Bu barədə TASS "Habertürk"ə istinadən məlumat verib.

Qeyd olunur ki, səfərin məqsədi ABŞ qoşunlarının Suriyadan çıxarılmasını müzakirə etməkdir.

Xatırladaq ki, dekabrın 19-da ABŞ Prezidenti Donald Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılmasına dair fərman imzalayıb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31