Əgər Qaşıqçı cinayəti cəzasız qalarsa... - ABŞ mediası
25 Dekabr 2018 12:33 DünyaABŞ Senatı qətlə yetirilən jurnalist Camal Qaşıqçı cinayətindən sonra ABŞ-Səudiyyə Ərəbistanı əlaqələrinin yenidən formalaşdırılması üçün israr etməlidir.
Bu barədə "Vaşinqton Post" qəzetinin Yayım Şurası tərəfindən "Camal Qaşqıçı cinayətindən çıxarılmayan dərslər" adlı məqalə dərc edilib.
Məqalədə qeyd edilir ki, ABŞ Senatında Camal Qaşıqçı cinayətindən dolayı Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın məsul tutulması bu cinayətin öncədən planlaşdırılması və cəsədin parçalanmasının bir göstəricisidir.
"Bu günə qədər demokratik Qərb bu cür hücumlara güclü bir cavab vermədi. Əgər belə cinayətlər cəzasız qalarsa, sürgündəki heç bir müxalif təhlükəsizlikdə olmayacaq və heç bir paytaxt xarici sui-qəsdlərdən özünü müdafiə edə bilməyəcək", - məqalədə vurğulanıb.
axar.az