Dünyanın ən müasir ordusuna sahibik - Şoyqu

Rusiya ordusu 2018-ci ildə müasir silahla təchizatına görə görünməmiş səviyyəyə çatıb.

Bunu Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın iclasında çıxışı zamanı Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib.

"Ümumilikdə biz 1500 növ silah əldə etmişik. Bu, böyük rəqəmdir. Biz ordunun 61,5%-ni müasir silahla təchiz etmişik. Belə müasirlik səviyyəsi dünyanın heç bir ordusunda yoxdur", - deyə o bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31