Moskvadan Türkiyənin Suriya əməliyyatına reaksiya
25 Dekabr 2018 12:03 DünyaTürk ordusunun Suriyanın şimalına kürd qruplaşmalarıyla mübarizə üçün yeridilməsinin planlaşdırılmasını Moskva müvəqqəti addım sayır.
Bunu "İzvestiya" qəzetinə açıqlamasında Rusiyanın BMT-nin Cenevrədəki bölməsində Rusiyanın Daimi Nümayəndəliyinin rəhbəri Gennadi Qatilov deyib. Onun sözlərinə görə, Türkiyə bu addımı ilk növbədə terror təhdidiylə əlaqədar atır:
"Kürd məsələsi Suriyanın siyasi mozaikasında çox həssas mövzudur. Türkiyənin Suriyanın şimalında fəaliyyəti müvəqqəti vəziyyətdir və ilk növbədə Ankaranın özünə qarşı terror təhdidi ilə bağlıdır. Türkiyə Suriyanın ərazi bütövlüyünə hörmət etdiyini deyir, ona görə də Moskva bu mövqeyə etibar etməmək üçün heç bir səbəb görmür".
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31