AB-dən etiraf: Bu ölkələrə təsirimizi itirmişik

Avropa Birliyi "Ərəb baharı"nın olduğu ölkələrə əhəmiyyətli siyasi və maliyyə investisiyalarına rəğmən təsirini formalaşdıra bilməyib.

Bu məlumat Avropa Parlamentinin Xarici Siyasət Komitəsinin hesabatında yer alıb.

"Avropa Parlamenti əhəmiyyətli siyasi və maliyyə investisiyalarına rəğmən AB-nin hələ də Yaxın Şərq və Şimali Afrikada təsirini formalaşdıra bilməməyindən narahatdır. Region ölkələri artıq AB-ni təyin olunan ərazilərdə köklü dəyişikliklərin aparıcı qüvvəsi saymırlar", - deyə hesabatda bildirilib.

Avropa Parlamenti "Ərəb baharı"yla əlaqədar regiondakı rejimlərin əksəriyyətinin devrilməsindən sonra böyük ümid və gözləntilərinin olduğunu, amma bununla bağlı heç bir uğur əldə edilmədiyini qeyd edib:

"8 il keçməsinə rəğmən, gözləntilərin əksəriyyəti özünü doğrultmayıb. Bununla belə AB-nin regionda siyasi təsirini artırması vacibdir".

Hesabatda Avroparlament regiona Rusiya və Çin kimi yeni siyasi və iqtisadi oyunçuların təsirindən narahat olduğunu deyib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31