Nurməhəmmədov "Diriliş Ərtoğrul"a çəkildi
25 Dekabr 2018 11:57 DünyaYüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov "Diriliş Ərtoğrul" serialında rol alıb.
İdmançı serialın aktyorları, o cümlədən Ərtoğrul rolunu oynayan Engin Altan Düzyatanla görüşüb.
"Sanki mən də mövzunun içindəyəm" - deyə məşhur döyüşçü sosial şəbəkədəki hesabında yazıb.
Qeyd edək ki, Həbib Nurməhəmmədov oktyabrda ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş döyüşdə Konor Makqreqora qalib gələrək, çempion titulunu qoruyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31