Tramp: "Kim Çen Inla növbəti görüşü səbirsizliklə gözləyirəm"

ABŞ prezidenti Donald Trampbildirib ki, rəsmi Pxenyanla danışıqların gedişatında tərəqqi mövcuddur.

Ağ Ev rəhbəri bu barədə özünün "Twitter" hesabında yazıb.

O, qeyd edib ki, KXDR lideri Kim Çen Inla görüşü səbirsizliklə gözləyir.

"Tərəqqi var. Sədr (KXDR-in Dövlət Şurasının sədri - red) Kim Çen Inla növbəti sammiti səbirsizliklə gözləyirəm", - deyə o, Ağ Evdə KXDR-lə bağlı brifinqin fotosunu da özünün səhifəsinə yerləşdirib.

Daha əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo KNSS radiostansiyasına müsahibəsində bildirib ki, Birləşmiş Ştatlar Donald Trampla Kim Çen Inla ikinci görüşünün 2019-cu ilin əvvəllərində keçiriləcəyinə ümid edir. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31