Braziliyada cinayətkarları küçədə güllələməyə qərar verilib

Rio-de-Janeyronun polisinin xüsusi komandası küçələrdə əllərində silah olan insanlara atəş açacaqlar.

Bu barədə "Bloomberg" agentliyi bildirib.

Məlumata görə, atıcılar cüt şəkildə işləyəcəklər. Onlardan biri avtomatik silahla hərəkət edəcək. İkinci polis əməkdaşı isə videokamerayla gəzərək, atəş açılmasının qanunauyğun olub-olmadığını müəyyənləşdirəcək.

Federal hakim Uilson Vitçelin fikrincə, silahlı cinayətkarları xəbərdarlıqsız güllələmək mümkün olacaq. Bir halda ki, insanlar silahla küçəyə çıxırlar, onlar istənilən şəxsi öldürməyə hazırdır.

Braziliya dünyada qətl cinayətlərinin yüksək səviyyədə olduğu ölkə hesab edilir. İldə 64 min belə hadisə törədilir. Bir neçə gün əvvəl ölkədəki kilsələrdən birində atışma olub. Nəticədə 4 nəfər ölüb, daha 4 nəfər isəyaralanıb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31