Pentaqon ABŞ və Türkiyənin yüksək rütbəli hərbçilərinin görüşəcəyini açıqlayıb

"Bu həftə ABŞ və Türkiyənin yüksək rütbəli hərbçiləri arasında görüş olmalıdır".

Bu barədə Pentaqon nümayəndəsi Hezer Babb bildirib.

Qeyd olunur ki, görüşdə Suriyanın şimal-şərqindəki vəziyyətin, eləcə də təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi planlaşdırılır.

"Bu həftə Türkiyədə görüşlər olacağını təsdiqləyə bilərəm. ABŞ və Türkiyə həm rəsmi Ankaranın təhlükəsizliyi, həm də Suriyanın şimal-şərqindəki vəziyyətlə bağlı bütün məsələləri aktiv şəkildə koordinasiya edir. Bu müzakirələrin detallarına varmayacağam", - o deyib.

Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampı 2019-cu ildə Türkiyəyə səfərə dəvət etdiyi məlum olub.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31